Hindistan-Pakistan Birləşmiş Qərargah Rəisləri danışıqları təxirə salınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hindistan Silahlı Qüvvələri məlumat yayıb.
Danışıqların iki ölkə arasında telefon xətti ilə baş tutması planlaşdırılırdı. Bu, Hindistan Xarici İşlər Nazirliyinin mayın 10-da Hindistan-Pakistan arasında atəşkəs və sərhəddə hərbi əməliyyatlar barədə razılığa gəldiyini elan etdiyi zaman açıqlanıb.