Operativ Məlumat Mərkəzi

HƏMAS Qəzza zolağında atəşkəsə hazır olduğunu açıqlayıb

1 dəq
Paylaş:
HƏMAS Qəzza zolağında atəşkəsə hazır olduğunu açıqlayıb
bu barədə qrupun nümayəndəsinə istinadən "Frans Press" agentliyi məlumat yayıb. İsrail Müdafiə Qüvvələri ilə Livanın Hizbullah hərəkatı arasında bir gün...

HƏMAS Livan və İsrail arasında atəşkəs elan edildikdən sonra Qəzza zolağında atəşi dayandırmağa hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qrupun nümayəndəsinə istinadən "Frans Press" agentliyi məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri ilə Livanın Hizbullah hərəkatı arasında bir gün əvvəl imzalanan atəşkəs razılaşması noyabrın 27-də qüvvəyə minib.

ABŞ prezidenti Co Bayden bildirib ki, sənəd hərbi əməliyyatların daimi dayandırılması və mülki əhalinin Livan-İsrail sərhədi boyunca zərərçəkmiş ərazilərə qayıtması üçün şərait yaradılmasını ehtiva edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər