Yalnız 2026-cı ildə uğursuz olmuş müəllimlərin 2027-ci ildə təkrar sertifikatlaşdırılması prosesi həyata keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, həmçinin 2022-ci ildə ilk dəfə sertifikatlaşdırmadan keçmiş müəllimlər 2027-ci ildən etibarən növbəti mərhələyə – ikinci dövrə sertifikatlaşdırmaya cəlb olunacaqlar: “Artıq birinci mərhələdən keçmiş müəllimlər minimal tələblərə cavab verir. Amma biz əvvəldən də qeyd etmişdik ki, birinci mərhələdə tələb olunan standartlar kifayət qədər aşağı və humanist yanaşma ilə müəyyən edilmişdi. Əslində isə biz təhsildə keyfiyyət istəyiriksə, müəllimlərimizə qarşı daha yüksək tələblər qoymalıyıq”.
Hansı müəllimlərin 2027-ci ildə sertifikatlaşdırılma prosesinə cəlb ediləcəyi açıqlanıb
bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev...
Əlaqəli xəbərlər
Elm və təhsil
Son 5 ildə qəzalı məktəblərin sayı 2,5 dəfə azalıb
Elm və təhsil
Bu il 47 məktəb binasının bərpası başa çatdırılıb
Elm və təhsil
Emin Əmrullayev QS Avrasiya Forumunda çıxış edib
Növbəti xəbər yüklənir…