Operativ Məlumat Mərkəzi

Gürcüstan parlamentinin sədri: “Heydər Əliyev Azərbaycanda milli oyanışı təmin edib”

2 dəq
Paylaş:
Gürcüstan parlamentinin sədri: “Heydər Əliyev Azərbaycanda milli oyanışı təmin edib”

“İnsan öz hərəkətlərinə görə qiymətləndirilir. müasir Azərbaycanın formalaşdırılmasında mühüm rol oynayan Ümummilli Lider idi”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu parlamentin sədri Şalva Papuaşvili Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin ilk ağır illərindən sonra Ulu Öndər xalqının milli ruhunu yüksəltdi, gücləndirdi, milli təmin etdi, milli dövlətçiliyin möhkəm təməlini qoydu:

“O, bir sıra səmərəli siyasətlər vasitəsilə Azərbaycanı yenidən formalaşdırıb, güclü, sabit, firəvan dövlətə çevirib. Nəticə etibarı ilə Heydər Əliyev dünyada ən vacib şeyi, yəni xalqın ürəyini qazana bildi. Ulu Öndər Qafqaz regionunda sülhün və sabitliyin sadiq tərəfdarı idi. Onun Gürcüstanla arasında əlaqələrin möhkəmlənməsində mühüm rolu ölkələr arasında tarixi dostluğu hökumətimizin, xüsusilə əziz tutduğu möhkəm strateji tərəfdaşlığa çevrildi. O, həm də aləmdə uzaqgörən lider adını qoruyub saxlaya bildi”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax