Misir Nümayəndələr Palatasının Sədri: Heydər Əliyev irsi daim yaşayacaq

Misir Nümayəndələr Palatasının Sədri: Heydər Əliyev irsi daim yaşayacaq
16.05.2023 11:42
Aa
dəq

“Azərbaycan Misirlə dərin dost əlaqələri olan dövlətlərdəndir. Xalqların tarixində hər zaman şərəfli şəxsiyyətlər olur. Allah həmin şəxsləri əmin-amanlıq üçün xalqın qarşısına çıxarır. Heydər Əliyev hakimiyyətinin dövründə ölkəsi üçün bir çox nailiyyətlər əldə edilib”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Misir Nümayəndələr Palatasının sədri Hanafi Gibali Milli Məclsinin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

Misirli nümayəndə bildirib ki, Heydər Əliyev həm də sülhün təminatçısı olub:

“Onun bütün sahələrdə qazandığı nailiyyətlər sonradan görülən işlər üçün nümunə olub. Onun apardığı uğurlu siyasət bu gün də layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilir”.

“Misir dost ölkələrlə münasibətində öz köməyini heç vaxt əsirgəmir. İndiki prezidentin ilk səfərini Azərbaycana etməsi də diqqətdən kənarda qalmamalıdır. İki ölkə arasında turizm və mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq sürətlə inkişaf edir. Bu da təbii ki, iki xalqın rifahına xidmət edir”, - Hanafi Gibali əlavə edib.

Həftənin ən çox oxunanları

MSK yekun siyahını açıqladı - Bu şəxslər deputat seçildi

MSK yekun siyahını açıqladı - Bu şəxslər deputat seçildi
DAVAMIN OXU davamın oxu

Beş məntəqənin nəticələri ləğv edildi - YENİLƏNİB

Beş məntəqənin nəticələri ləğv edildi - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

"Azərbaycan seçici siyahıları ilə bağlı fəaliyyətində dünyada bir nümunə kimi göstərilir"

DAVAMIN OXU davamın oxu

Bu dairələrdən şikayətlər var

Bu dairələrdən şikayətlər var
DAVAMIN OXU davamın oxu

"Seçki ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlər araşdırılır"

DAVAMIN OXU davamın oxu