Əsas məzmuna keç

Gəncədə nöqsan aşkarlanan məktəb direktoruna şiddətli töhmət verilib

Gəncədə nöqsan aşkarlanan məktəb direktoruna şiddətli töhmət verilib

bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, İdarəyə daxil olan valideyn və vətəndaş müraciətləri operativ şəkildə...

Gəncədə İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoruna şiddətli verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, İdarəyə daxil olan valideyn və vətəndaş müraciətləri operativ şəkildə qeydiyyata alınır və həmin müraciətlər əsasında müvafiq yoxlama-nəzarət tədbirləri həyata keçirilir:

"Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin fəaliyyəti ilə bağlı yayılan səsyazısı ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib. Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".

"Təhsil müəssisələrində valideynlərin əlavə tədris materialları almasına təşviq edilməsi, eləcə də müxtəlif sınaq imtahanları üçün məcburi şəkildə hər hansı vəsaitin toplanılması yolverilməzdir. Tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə təhsil müəssisələrində sistemli və ardıcıl şəkildə yoxlama-nəzarət tədbirləri həyata keçirilir", - məlumatda bildirilib.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə yayılan səs yazısında adıçəkilən məktəbdə valideynlərdən pul istənilməsi məsələsi yer almışdı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…