Operativ Məlumat Mərkəzi

Fransızların 70%-i ölkənin qoşunlarının Ukraynaya göndərilməsinə qarşıdır

1 dəq
Paylaş:
Fransızların 70%-i ölkənin qoşunlarının Ukraynaya göndərilməsinə qarşıdır

Fransa vətəndaşlarının əksəriyyəti respublika qoşunlarının Ukraynaya göndərilməsinə qarşı çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “Le Journal du Dimanche” qəzetinin sifarişi ilə “CSA” sosioloji xidmətinin keçirdiyi sorğunun məlumatları sübut edir.

Belə ki, respondentlərin 68%-i qoşun göndərilməsinin əleyhinə olub. Respondentlərin 31%-i bu fikri dəstəkləyir, tədqiqat iştirakçılarının 1%-i isə cavab verməkdə çətinlik çəkib.

Sorğunun nəticələrinə görə, Fransadakı bütün siyasi qüvvələrin tərəfdarları Ukraynaya hərbi müdaxiləyə qarşı çıxıblar.

Lakin bu ideyanı rədd edənlərin ən çox (84%) sağçı partiyaların tərəfdarları arasında müşahidə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər