Fransanın ekoloji keçid naziri vəzifəsini icra edən Agnes Pannier-Runacher siyasi “sirk”ə görə vətəndaşlardan üzr istəyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə ''Ici Nord'' radiosuna müsahibəsində bildirib.
"Əvvəla, dinləyənlərdən üzr istəyirəm, çünki bir çoxları kimi mən də şahidi olduğumuz sirkdən kədərlənirəm. Özümü qəzəbli, məyus və yorğun hiss edirəm", - siyasətçi deyib.