Operativ Məlumat Mərkəzi

Fransa XİN: Avropadan Ukraynaya qoşun yeridilməsi məsələsi gündəmdə deyil

1 dəq
Paylaş:
Fransa XİN: Avropadan Ukraynaya qoşun yeridilməsi məsələsi gündəmdə deyil
Fransanın xarici işlər naziri Jan-Noel Barrot “France Info” telekanalına verdiyi açıqlamasında belə deyib. "Bu sual hazırda masada deyil. Və bu gün heç...

Avropa qüvvələrinin Ukraynaya qoşun göndərilməsi məsələsi hazırda gündəmdə deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot “France Info” telekanalına verdiyi açıqlamasında belə deyib.

"Bu sual hazırda masada deyil. Və bu gün heç kim Ukraynaya qoşun yeritməyi planlaşdırdıqlarını deməyib. Biz sülh istədiyimizi bildiririk", - respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Aİ-nin Ukraynaya hansı təhlükəsizlik zəmanətlərini verə biləcəyindən danışan Barro bildirib ki, bu məsələni həll etmək hələ tezdir.

"Bu sual sülh əldə edildikdə və həqiqətən təmin edildikdə ortaya çıxacaq",- deyə nazir qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər