Ukrayna və Fransa Kiyevin təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli saziş imzalayacaqlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" xəbər verib.
"Fransa prezidenti Emmanuel Makron və Vladimir Zelenski cümə günü Yelisey sarayında iki ölkə arasında təhlükəsizlik sazişi imzalayacaqlar".
Bəyanatda bildirilib ki, bu saziş 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən NATO sammiti zamanı G7 formatında götürülmüş öhdəliklərin davamıdır.