Fransa Ukraynaya yardımını gücləndirməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə brifinqdə Fransa hökumətinin rəsmi nümayəndəsi Sofi Prima bildirib.
“Fransa müstəqil hərbi qüvvə kimi Prezidentin, Baş nazirin və Silahlı Qüvvələrin nazirinin göstərişi ilə Ukraynaya dəstəyi gücləndirməyə və resursları səfərbər etməyə hazırdır”, - o deyib.
Onun sözlərinə görə, Paris Avropanın suverenliyinə zəmanət vermək məqsədi daşıyır.
“Bunun üçün potensialımızı gücləndirmək, strateji muxtariyyəti təmin etmək və müdafiəmizə daha çox sərmayə qoymaq lazımdır”, - deyə Prima bildirib.