Əsas məzmuna keç

"Fransa sabitliyin əsas pozucularındandır" - ŞƏRH

"Fransa sabitliyin əsas pozucularındandır" - ŞƏRH

“Fransa Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasını istəmir və belə düşünür ki, əgər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi...

“Fransa Azərbaycanla arasında sülhün əldə olunmasını istəmir və belə düşünür ki, əgər Azərbaycanla Ermənistan arasında müqaviləsi imzalanarsa bu avtomatik Ermənistanın ilə də münasibətlərinin yaxşılaşmasına səbəb ola bilər”.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Tural İsmayılov bildirib.

Politoloq qeyd edib ki, Fransa belə başa düşür ki, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması Fransanın gələcəkdə Ermənistandan və Türkiyə əleyhinə istifadə etmək meyarlarını azalda bilər. Buna görə də Fransa aqressiv şəkildə anti-azərbaycan mövqe tutmağa davam edir.

"Eyni zamanda Ermənistanı yeni müharibəyə tətikləmək üçün Ermənistana müəyyən anti-dron sistemləri və başqa hərbi-sənaye məhsulları verməyə davam edir.

Əlbəttə ki, Fransanın bu mövqeyi bölgədə sülh prosesinin çox ciddi formada zədələnməsinə və həmçinin Azərbaycanla Ermənistan arasında yarana biləcək etimad mühitinin korlanmasına səbəb olur.

Bütün bunlar neokolonialist və müstəmləkəsi siyasəti hələ də dünya coğrafiyasından götürməyən Fransanın riyakarlığını və ikiüzlülüyünü ortaya qoyur.

Faktiki olaraq Fransanın bu gün Ermənistanı silahlandırması onun Azərbaycan və Türkiyə əleyhinə açıq demarşıdır və Fransa Cənubi Qafqazda sülh və sabitliyin hal-hazırda əsas provakatorlarından və pozucularından biri hesab edilir", - deyə politoloq əlavə edib.

Aminə Nəzərova

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…