"Fransa sabitliyin əsas pozucularındandır" - ŞƏRH

"Fransa sabitliyin əsas pozucularındandır" - ŞƏRH
13.11.2023 11:00
Aa
dəq

“Fransa Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasını istəmir və belə düşünür ki, əgər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa bu avtomatik Ermənistanın Türkiyə ilə də münasibətlərinin yaxşılaşmasına səbəb ola bilər”.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloq qeyd edib ki, Fransa belə başa düşür ki, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması Fransanın gələcəkdə Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə istifadə etmək meyarlarını azalda bilər. Buna görə də Fransa aqressiv şəkildə anti-azərbaycan mövqe tutmağa davam edir.

"Eyni zamanda Ermənistanı yeni müharibəyə tətikləmək üçün Ermənistana müəyyən anti-dron sistemləri və başqa hərbi-sənaye məhsulları verməyə davam edir.

Əlbəttə ki, Fransanın bu mövqeyi bölgədə sülh prosesinin çox ciddi formada zədələnməsinə və həmçinin Azərbaycanla Ermənistan arasında yarana biləcək etimad mühitinin korlanmasına səbəb olur. 

Bütün bunlar neokolonialist və müstəmləkəsi siyasəti hələ də dünya coğrafiyasından götürməyən Fransanın riyakarlığını və ikiüzlülüyünü ortaya qoyur. 

Faktiki olaraq Fransanın bu gün Ermənistanı silahlandırması onun Azərbaycan və Türkiyə əleyhinə açıq demarşıdır və Fransa Cənubi Qafqazda sülh və sabitliyin hal-hazırda əsas provakatorlarından və pozucularından biri hesab edilir", - deyə politoloq əlavə edib.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu