Operativ Məlumat Mərkəzi

Fransa ABŞ alimlərini qəbul etmək üçün 100 milyon avro ayıracaq

1 dəq
Paylaş:
Fransa ABŞ alimlərini qəbul etmək üçün 100 milyon avro ayıracaq
bu barədə xarici KİV məlumat yayıb. Onun fikrincə, “Avropa alimlər üçün cənnətə çevrilməlidir”. “Məqsəd namizədlərin keyfiyyətini nəzərə almaqla,...

Fransa hökuməti ABŞ-da elmi tədqiqatlara ayrılan maliyyənin azaldılması fonunda amerikalı alimlərin ölkədə qəbulu üçün 100 milyon avro ayırmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Onun fikrincə, “Avropa alimlər üçün cənnətə çevrilməlidir”.

“Məqsəd namizədlərin keyfiyyətini nəzərə almaqla, doktorantlardan tutmuş professorlara, Nobel mükafatçılarına qədər tədqiqatçı cəlb etməkdir”, - Makron bildirib.

ABŞ administrasiyasının dövlət xərclərini azaltmaq siyasəti nəticəsində Aİ ölkələri və Böyük Britaniya əhəmiyyətli sayda ABŞ alimlərinin Avropanın tədqiqat və təhsil müəssisələrində işləmək üçün ölkəyə köçməsini gözləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər