İsveçrə, Avstriya, Çexiya, Almaniya və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu yeni bir maqnitizm növü olan altermaqnetizmin kəşfini elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Nature" elmi məqaləsinə istinadən xəbər verir ki, bu gələcək tədqiqatlarda sıçrayış vəd edir və yeni texnologiyaların yaradılmasına səbəb ola bilər.
Alimlər deyirlər ki, alternativ maqnitlər spintronika kimi tanınan yeni texnologiya sahəsində inqilab yarada bilər. O, bərk hallı batareyaların və kompüter yaddaşının hazırlanmasında istifadə olunur.