Operativ Məlumat Mərkəzi

Finlandiya Kalaşnikov avtomatlarından imtina etmək qərarına gəldi

1 dəq
Paylaş:
Finlandiya Kalaşnikov avtomatlarından imtina etmək qərarına gəldi
bu barədə Finlandiyanın Yle portalı məlumat yayıb. Məlumata görə, Finlandiyanın Sako şirkətinin Finlandiya və İsveç orduları ilə birgə hazırladığı ''Sako...

Finlandiya ordusu qərb analoqlarının xeyrinə Kalaşnikov avtomatlarından imtina etməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Finlandiyanın Yle portalı məlumat yayıb.

Məlumata görə, Finlandiyanın Sako şirkətinin Finlandiya və İsveç orduları ilə birgə hazırladığı ''Sako ARG'' avtomat tüfəngi AK-47 bazasında olan hücum tüfənglərini əvəz edə bilər. Onun 7,62 mm və ya 5,56 mm kalibrli üç modifikasiyada istehsalı planlaşdırılır.

Tüfəngin ilk çöl sınaqları 2026-cı ilin yazına icra olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər