Əsas məzmuna keç

FHN-in təyyarəsi Türkiyəyə yola salınacaq

FHN-in təyyarəsi Türkiyəyə yola salınacaq

Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə ölkəyə məqsədilə Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən bildirilib.

İlkin olaraq, FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatlarına dəstək göstərilməsi məqsədilə Türkiyəyə yola salınacaq.

Bundan əlavə, Türkiyə Respublikasının müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə köməklik məqsədilə göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin tam hazır olduğu diqqətə çatdırılıb, lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.

Hazırda amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri görülür.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…