Operativ Məlumat Mərkəzi

Ermənistanın Baş naziri: Azərbaycan Prezidenti ilə Əbu-Dabidəki görüş müsbət nəticələr verə bilər

1 dəq
Paylaş:
Ermənistanın Baş naziri: Azərbaycan Prezidenti ilə Əbu-Dabidəki görüş müsbət nəticələr verə bilər
Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidəki görüş müsbət məcrada keçib. "Operativ Məlumat Mərkəzi-OMM"-in erməni KİV-lərinə istinadən məlumatına...

Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidəki görüş müsbət məcrada keçib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Əbu-Dabi tərəflərin görüş və danışıqlar barədə əvvəlcədən razılığa gəldikləri ilk görüş oldu", - o bildirib.

N.Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti ilə söhbətin müsbət nəticələri ola bilər, lakin o, hələlik hansı nəticələr olduğunu açıqlamayacaq: "Müzakirə çox faydalı oldu, ümid edirəm ki, biz bu formatda söhbəti davam etdirəcəyik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər