Operativ Məlumat Mərkəzi

Ermənistanda polislərin 40%-i IQ testdən keçə bilməyib

2 dəq
Paylaş:
Ermənistanda polislərin 40%-i IQ testdən keçə bilməyib

Ermənistanda əməkdaşlarının təxminən 40%-i ümumi bölmə test mərhələsindən keçə bilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Sputnik-”a ölkənin Daxili İşlər Nazirliyinin xidmətindən məlumat verilib.

2023-cü ilin dekabr ayının sonuna olan məlumata görə, attestasiyada 1 123 polis əməkdaşı iştirak edib, onlardan yalnız 190-ı bütün mərhələlərdən keçib.

Attestasiya 4 mərhələdən ibarətdir: Ümumi biliyin testi (polis özü bunu “IQ test” adlandırır), iki mərhələli zaçot (fiziki və atəş hazırlığının yoxlanılması), bacarıqların yoxlanılması (elektron), müsahibə - vəzifəli polis məmurlarının və yüksək rütbəli polis qrupları üçün.

Ermənistan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ümumi biliklərin yoxlanılması mərhələsində 454 nəfər, bədən tərbiyəsi üzrə 192, atəş hazırlığı üzrə 279, peşə səriştəsi üzrə isə 8 nəfər imtahandan keçə bilməyib.

Qeyd edək ki, “IQ testi” iki alt bölmədən – ümumi inkişaf və peşəkar bacarıqlardan ibarətdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax