Operativ Məlumat Mərkəzi

Ərdoğan İstanbulda NATO-nun baş katibi ilə Rusiya-Ukrayna danışıqlarını müzakirə edib

1 dəq
Paylaş:
Ərdoğan İstanbulda NATO-nun baş katibi ilə Rusiya-Ukrayna danışıqlarını müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bildirib ki, Ankara Ukraynadakı münaqişənin həlli istiqamətində səylərini gücləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisinin məlumatında deyilir.

“Görüş zamanı Türkiyə-NATO münasibətləri, Ukrayna ilə Rusiya arasında müharibə ilə bağlı inkişaflar, regional və qlobal məsələlər müzakirə edilib”, - deyə məlumatda bildirilir.

Ərdoğan həmçinin vurğulayıb ki, Şimali Atlantika Alyansı Ukrayna münaqişəsinin bir hissəsi olmamalıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər