Əsas məzmuna keç

Elm və Təhsil Nazirliyinin yeni Aparat rəhbər kimdir?

Elm və Təhsil Nazirliyinin yeni  Aparat rəhbər kimdir?

Xəbər verdiyimiz kimi, Mətin Kərimli Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri təyin olunub. "Operativ Məlumat Mərkəzi - OMM" Mətin Kərimlinin dosyesini...

Xəbər verdiyimiz kimi, Mətin Kərimli Elm və Təhsil Nazirliyinin rəhbəri təyin olunub.

"Operativ Məlumat Mərkəzi - OMM" Mətin Kərimlinin dosyesini təqdim edir.

Mətin İmdad oğlu Kərimli 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetini əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000–2001-ci illərdə Strasburq Universitetində Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində Ali Elmləri üzrə Liderlər Proqramında təhsil alıb. 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib. 2012-ci ildə Harvard Universitetini dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb.

1998–1999-cu illərdə Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003–2004-cü illərdə həqiqi xidmətdə olmuş, 2005–2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008–2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009–2011-ci illərdə Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi vəzifələrində çalışıb.

2012-ci ilin iyun ayından 24 fevral 2014-cü ilə qədər isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləyib.

24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini təyin olunub.

2020-ci ilin yanvardan etibarən Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktorudur.

24 may 2023-cü ildə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri təyin olunub

Mətin Kərimli Ali Məhkəmənin sədri İnam Kərimovun qardaşıdır.

İngilis, fransız, rus və ispan dillərini bilir.

Evlidir, 3 övladı var.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…