Operativ Məlumat Mərkəzi

Azərbaycanla Braziliya arasında təhsil üzrə Saziş təsdiq edilib - FƏRMAN

1 dəq
Paylaş:
Azərbaycanla Braziliya arasında təhsil üzrə Saziş təsdiq edilib - FƏRMAN
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun...

2025-ci il sentyabrın 1-də Brazilia şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər