Əsas məzmuna keç

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəis təyin edilib

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəis təyin edilib

Kamilli Ədliyyə Nazirliyinin baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, Ədliyyə naziri Fərid bununla bağlı əmr imzalayıb.

Cəmil Kamilli 1987-ci ildə anadan olub. 2010-cu ildə Tibb Universitetini ümumi cərrahiyyə ixtisası üzrə bitirib. O, 2012-2015-ci illərdə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsində elmi araşdırmalar apararaq qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib.

Əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayan Cəmil Kamilli 2010-2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışıb.

Cəmil Kamilli 2016-2019-cu illərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzində, 2019-cu ildən bu vəzifəyə təyin olunanadək isə “Leyla Medical Center” MMC-də həkim-qastroenteroloq kimi fəaliyyət göstərib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…