Əsas məzmuna keç

Ədalət Verdiyev azadlığa buraxıldı

Ədalət Verdiyev azadlığa buraxıldı

Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1-ci...

Bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevin prosesi başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ədalət Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) təqsirli bilinib. Ona üç il azadlıqdan mərhumetmə cəzası təyin edilib. Lakin həmin müddət şərti hesab olunub. Ə.Verdiyev məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, ötən ilin noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi əraziləri lentə alaraq hesabı vasitəsilə yaymasına və Azərbaycanın qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı müəyyən edilmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…