Əsas məzmuna keç

Dönərdən zəhərlənən məktəblilərin hamısı evə buraxılıb

Dönərdən zəhərlənən məktəblilərin hamısı evə buraxılıb

24-25 oktyabr tarixlərində dönərdən zəhərlənmə səbəbilə Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24...

24-25 oktyabr tarixlərində dönərdən zəhərlənmə səbəbilə Sabunçu Mərkəzinin nəzdindəki 5 Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olara TƏBİB-dən bildiriblər. Qeyd edilib ki, onların hər birinə zəruri xidmətlər göstərilib və 20 nəfər müalicə üçün evə buraxılıb. Bu gün müalicəsi davam etdirilən son 4 nəfər də ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından daxil olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…