Operativ Məlumat Mərkəzi

Dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb

1 dəq
Paylaş:
Dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"- ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, Dehli-Bakı aviareysi ilə gələn iki nəfər xarici ölkə vətəndaşı gömrük yoxlamasına cəlb edilib, hər iki şəxsin baqaj və əl çantalarına baxış zamanı gömrük orqanına bəyan edilməyən, ümumilikdə 72 ədəd onkoloji dərman vasitələri aşkar olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər