Əsas məzmuna keç

Daşkəsəndə sel bir sıra fəsadlar törədib

Daşkəsəndə sel bir sıra fəsadlar törədib

İyunun 30-u axşam saat 20:00 radələrində Daşkəsənə yağan intensiv leysan yağışları qısa müddətdə güclü dağıdıcı selə və çaylarda daşqınlara səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hazırda şəhərindən, rayonun Qabaqtəpə, , Gurbulaq, Dəstəfur, Alaxançallı, Xoşbulaq, Çovdar, Çanaqçı və Qaraqullar kəndlərindən sel keçir, ərazidəki məcrasından daşıb.

Rayonun yol infrastrukturuna, elektrik xətlərinə, fərdi evlərinə, əkin sahələrinə, heyvandarlıq və arıçılıq təsərrüfatlarına ciddi ziyan dəyib.

Dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən əksər yollarda nəqliyyatın hərəkəti tamamilə dayanıb. Bəzi yaşayış evlərinə su dolub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rəhbərliyi ilə ziyanların aradan qaldırılması istiqamətində işlər ərazi mülki müdafiə qüvvələri ilə birgə davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…