Əsas məzmuna keç

Bu ölkə 74 ölkəyə vizasız giriş imkanı verib

Bu ölkə 74 ölkəyə vizasız giriş imkanı verib

bu barədə “The Washington Post” qəzeti yazıb. Sözügedən 30 günlük vizasız giriş hüququ 2023-cü ilin dekabrında Fransa, Almaniya, İtaliya, Hollandiya,...

Çinin xarici turistlərin sayını artırmaq üçün 74 ölkə vətəndaşlarına 30 günə qədər vizasız giriş icazəsi verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

Sözügedən 30 vizasız giriş 2023-cü ilin dekabrında Fransa, Almaniya, İtaliya, Hollandiya, İspaniya və Malayziya vətəndaşları üçün tətbiq edilib və demək olar ki, bütün Avropa ölkələri artıq daxil edilib. Bundan başqa, siyahıya Latın Amerikası, Yaxın Şərq və Asiyadan da bir çox əlavə olunub.

Digər tərəfdən, iyulun 16-da Azərbaycanın da bu əhatəyə daxil ediləcəyi, 30 günə qədər vizasız giriş hüququ verilən ölkələrin sayının 75-ə çatdırılacağı qeyd edilib.

Milli İmmiqrasiya Administrasiyasına görə, 2024-cü ildə Çinə vizasız daxil olan xarici turistlərin sayı 20 milyonu keçəcək ki, bu da ümumi xarici turistlərin üçdə birini və 2023-cü ildə xarici ziyarətçilərin ümumi sayının təxminən iki qatını təşkil edir.

ABŞ, Kanada, Böyük Britaniya, İsveç və kimi ölkələrin vətəndaşlarına Çindən keçərək başqa ölkəyə keçmək şərti ilə 10 günlük vizasız tranzit təklif olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…