Əsas məzmuna keç

Ceyhun Bayramov 2023-cü ildə 27 ölkəyə rəsmi və işgüzar səfərlər edib

Ceyhun Bayramov 2023-cü ildə 27 ölkəyə rəsmi və işgüzar səfərlər edib

bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatda qeyd olunub. Bildirilib ki, hesabat dövründə Azərbaycan xarici işlər...

naziri 2023-cü ildə 27 ölkəyə rəsmi və işgüzar səfərlər həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Bildirilib ki, hesabat dövründə Azərbaycan xarici işlər naziri Özbəkistan, Türkiyə, Misir, Qətər, Belçika, İsrail, Fələstin, Tacikistan, ABŞ, Litva, İslandiya, Rusiya, Avstriya, Slovakiya, Böyük Britaniya, Macarıstan, Xorvatiya, İsveçrə, Qırğız Respublikası, , İran, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Qazaxıstan, Serbiya, Mərakeş və Şimali Makedoniyada rəsmi və işgüzar səfərlərdə olub.

Nazir həm bu səfərlər, həm də müxtəlif platformalar (BMT-nin Baş Assambleyasının 78-ci sessiyası, ATƏT Nazirlər Şurasının iclası, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası və s.) çərçivəsində xarici həmkarları ilə 70-dən çox görüş keçirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…