Əsas məzmuna keç

Ceyhun Bayramov 2023-cü ildə 27 ölkəyə rəsmi və işgüzar səfərlər edib

Ceyhun Bayramov 2023-cü ildə 27 ölkəyə rəsmi və işgüzar səfərlər edib

bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatda qeyd olunub. Bildirilib ki, hesabat dövründə Azərbaycan xarici işlər...

naziri 2023-cü ildə 27 ölkəyə rəsmi və işgüzar səfərlər həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Bildirilib ki, hesabat dövründə Azərbaycan xarici işlər naziri Özbəkistan, , Misir, Qətər, Belçika, İsrail, Fələstin, Tacikistan, ABŞ, Litva, İslandiya, Rusiya, Avstriya, Slovakiya, Böyük Britaniya, Macarıstan, Xorvatiya, İsveçrə, Qırğız Respublikası, , İran, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Qazaxıstan, Serbiya, Mərakeş və Şimali Makedoniyada rəsmi və işgüzar səfərlərdə olub.

Nazir həm bu səfərlər, həm də müxtəlif beynəlxalq platformalar (BMT-nin Baş Assambleyasının 78-ci sessiyası, ATƏT Nazirlər Şurasının iclası, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası və s.) çərçivəsində xarici həmkarları ilə 70-dən çox görüş keçirib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…