Əsas məzmuna keç

Cəlilabadda keçmiş məhkumdan 13 kiloqram narkotik götürülüb

Cəlilabadda keçmiş məhkumdan 13 kiloqram narkotik götürülüb

həmin şəxsdən 13 kiloqram marixuana və 199 ədəd metadon həbi aşkarlanıb. Onun İran vətəndaşından əldə etdiyi narkotiki maddi qazanc qarşılığında...

Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məhkum olunan Babək Kərimli saxlanılıb.

DİN Xidməti Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həmin şəxsdən 13 marixuana və 199 ədəd metadon həbi aşkarlanıb.

Onun İran vətəndaşından əldə etdiyi narkotiki maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Faktla bağlı başlanılıb, B.Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…