İsveç Silahlı Qüvvələrinin keçmiş zabitləri üçün hərbi xidmətə çağırış yaşı 47-dən 70-ə qaldırılır.
"Operativ Məlumat Mərkəzi-OMM" SVT telekanalına istinadən xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin gələcək kadr təminatı məsələsini araşdıran hökumət komissiyasının rəyində deyilir.
Bu, yaxın illərdə silahlı qüvvələrin qarşıdan gələn genişmiqyaslı gücləndirilməsi ilə bağlıdır.
Parlament partiyaları illik büdcə artımına əlavə olaraq 300 milyard kron (31,4 milyard dollar) ayırmağa razılaşıblar.
Hazırda hərbi xidmət keçmiş və ya hərbi təhsil almış şəxslər 47 yaşa qədər orduya çağırıla bilərlər.