Avropanın bir çox ölkəsində davam edən etirazlara qatılan ispan fermerlər ölkə daxilində traktorları ilə yol blokadası təşkil ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.
Fermerlər İspaniyanın Sevilya, Toledo, Qranada, Huelva, Saraqosa, Syudad Real, Valensiya, Malaga, Mursiya, Tarraqona, Lleida və Madrid kimi bir çox şəhərlərində magistral yollara çıxıb, traktorları ilə nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.
Fermerlərin etiraz aksiyaları dinc xarakter daşısa da, ölkə daxilində mühüm magistral yollarda nəqliyyatın hərəkətinin dayandırıldığı müşahidə edilib.
Rəsmilər etirazların səbəbinin AB-nin kənd təsərrüfatı siyasətlərində çeviklik, Aİ üzvü olmayan ölkələrdən gələn məhsullara məhdudiyyətlər və sərt nəzarət, quraqlıq probleminə qarşı yardımın artırılması, qida zəncirinə nəzarətin və tarlalardan bazarlara qədər qanunların gücləndirilməsi, fermerlərin sığorta hüquqlarının genişləndirilməsi olduğunu qeyd ediblər.
Xatırladaq ki, fermer etirazları Fransada yaranaraq digər ölkələrə sirayət edib.
Bu ölkədə də fermerlər traktorları ilə yolları bağlayıblar
Oxşar xəbərlər
Avropa xəbərləri
Avropa liderlərindən Ukraynaya güclü dəstək: yeni sülh prinsipləri razılaşdırıldı
Avropa xəbərləri
Tramp siyasəti daşınmaz əmlak kimi görür: Merkelin şərhi
Avropa xəbərləri
Avropa İttifaqı Rusiya ilə danışıqlar üçün nümayəndə müzakirə etmir
Avropa xəbərləri
Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 500 milyon avro ayırır
Eyni mövzuda
Daha çox: Avropa xəbərləri
Avropa xəbərləri
Mark Rutte Ukraynaya səfər edib
Hərbi Siyasət
Böyük Britaniya Estoniyaya “Challenger 2” tanklarını yerləşdirib
Avropa xəbərləri
NATO Avropanın şərq cinahındakı hərbi mövcudluğunu artırmağı planlaşdırır
Avropa xəbərləri