Əsas məzmuna keç

İtaliyada film kimi soyğun cəhdi

İtaliyada film kimi soyğun cəhdi

İtaliyanın cənubunda magistral yolda zirehli pul daşıyan avtomobilə silahlı hücum təşkil edilib, atışma baş verib.

en ru

İtaliyada ssenarilərini xatırladan səs-küylü soyğun cəhdi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Brindizi və Leççe şəhərləri arasındakı magistral qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan zirehli pul daşıyan bir qrup maskalı şəxsin hücumuna məruz qalıb.

Yerli mətbuatın yaydığı xəbərlərə görə, cinayətkarlar əvvəlcə bir vasitəsini yandıraraq yolu kəsiblər. Daha sonra zirehli maşındakı vəsaiti ələ keçirmək məqsədilə avtomobilin qapılarını partlayıcı maddə ilə partlatmağa çalışıblar.

Hadisə yerinə dərhal müdaxilə edən təhlükəsizlik qüvvələri ilə soyğunçular arasında silahlı atışma yaşanıb. Müqavimətlə qarşılaşan və planları baş tutmayan hücumçular ərazidən qaçmağa nail olublar.

Faktla bağlı aparılan araşdırmalar çərçivəsində artıq 2 şübhəli şəxs saxlanılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…