Əsas məzmuna keç

Bu ilin altı ayında yol qəzalarında 333 nəfər ölüb, 598-i yaralanıb

Bu ilin altı ayında yol qəzalarında 333 nəfər ölüb, 598-i yaralanıb

bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz azdır. Qeyd edilib ki, bu...

2024-cü ilin yanvar-iyun aylarında 681 yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, 2023-cü ilin dövrü ilə müqayisədə 12,7 faiz azdır.

Qeyd edilib ki, bu nəticəsində zərər çəkən şəxslərin sayı 11,8 faiz 931 nəfər olub. Onlardan 333-ü olmuş, 598-i isə yaralanıb. Hadisələrin 42,4 faizi gündüz, 39,2 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib, 27,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 86,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 17,4 faiz azalaraq 242 nəfər, yaralananların sayı isə 13,5 faiz azalaraq 557 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 40,1 faizi vasitələrinin və piyadaların, 38,2 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,5 faizini, yaralananların isə 73,2 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə baş verib, nəticədə 5 nəfər həlak olub, 9 nəfər yaralanıb. Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…