Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı və bölgələrdə su hövzələrində ciddi qanun pozuntuları aşkarlandı

2 dəq
Paylaş:
Bakı və bölgələrdə su hövzələrində ciddi qanun pozuntuları aşkarlandı

və bölgələrdə su hövzələrində qanun pozuntuları aşkarlanıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Su Nəqliyyatında İdarəsi Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən daxil olmuş müraciətlər əsasında su hövzələrində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədilə tədbirlər həyata keçirib.

Araşdırmalarla müəyyən edilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, rayonu, Məmmədli kəndi ərazisində yerləşən göllərdə, həmçinin Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsi ərazisində Qaraçay çayının sahilində və Balakən rayonunda Dəliçay çayı ərazisində su qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanıb.

Belə ki, qeyd edilən su hövzələrinin tikinti-söküntü tullantıları, məişət tullantıları, bərk və qarışıq süxurlarla qanunsuz doldurulması, həmin ərazilərin akvatoriyasına torpaq və digər materialların gətirilərək tökülməsi, habelə sahilboyu mühafizə zolağında torpaq-qazıntı işlərinin aparılması halları müəyyən edilib. Eyni zamanda, su hövzələrində icazəsiz qazıntı işlərinin aparılması nəticəsində yerin relyefinin dəyişdirilməsi və hidroloji rejimin pozulmasına səbəb olan hallar aşkarlanıb.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Hazırda faktların hüquqi qiymətləndirilməsi məqsədilə zəruri istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə