Əsas məzmuna keç

Bu cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə olunacaq

Bu cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə olunacaq

bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, bu...

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavə veriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə əsasən, icra hakimiyyəti orqanının orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın (qurumun) hesabına köçürüləcək. Həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…