Əsas məzmuna keç

BQXK karvanı ilə 70 ton humanitar yük Laçın yolu vasitəsilə keçib

BQXK karvanı ilə 70 ton humanitar yük Laçın yolu vasitəsilə keçib

BQXK məlumat yayıb. Ehtiyacı olan icmalar üçün nəzərdə tutulan humanitar yükə 66 ton un, 2 700 kq duz, 450 kq quru maya və 375 litr günəbaxan yağı...

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri üçün nəzərdə təqribən 70 ton yük Qızıl Xaç Komitəsinin (BQXK) ilə Laçın yolu ilə keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, BQXK məlumat yayıb.

Ehtiyacı olan icmalar üçün nəzərdə tutulan humanitar yükə 66 ton un, 2 700 kq duz, 450 kq quru maya və 375 litr günəbaxan yağı daxildir.

BQXK komandası həmçinin döyüşlərdə yaralanmış 17 nəfərin tibbi təxliyəsini də həyata keçirib.

Məlumatda bildirilir ki, BQXK humanitar fəaliyyətlə bağlı bütün iştirakçılarla dialoq aparır. Bununla yanaşı, itkin düşən şəxslərin axtarışı davam edir, onların ailələri ilə əlaqə saxlanılır.

Humanitar ehtiyacların miqyasını nəzərə alaraq, BQXK səhiyyə, məhkəmə-tibbi ekspertiza, humanitar müdafiə məsələləri, silahlar və partlamamış sursatlarla bağlı məsələləri üzrə ixtisaslaşmış kadrları əlavə etməklə regiondakı iştirakını artırır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…