Operativ Məlumat Mərkəzi

"BMT hər şeydən əvvəl Qəzzadakı soyqırımı dayandırmalıdır"

2 dəq
Paylaş:
"BMT hər şeydən əvvəl Qəzzadakı soyqırımı dayandırmalıdır"
bununla bağlı xarici KİV məlumat yayıb. O, İsrail Baş naziri Benyamin Netanyahu və bu soyqırımda məsuliyyət daşıyan şəxslərin ABŞ və Avropada sərbəst...

Kolumbiya Prezidenti Qustavo Petro, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək, Qəzzada baş verənləri soyqırımı olaraq tanıdı

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O, İsrail Baş naziri Benyamin Netanyahu və bu soyqırımda məsuliyyət daşıyan şəxslərin ABŞ və Avropada sərbəst şəkildə hərəkət etməsinin qəbuledilməz olduğunu bildirib.

"İnsanlıq, Qəzzadakı soyqırıma artıq bir gün belə dözə bilməz", - Petro qeyd edib.

O, diplomatik yolların tükəndiyini, artıq diplomasiyanın bu prosesi dayandıra bilmədiyini, soyqırımı qəbul etməyən ölkələrin ordularının birləşərək Fələstini azad etməsi lazım olduğunu deyib.

"Nə üstün irq var, nə də Tanrı tərəfindən seçilmiş bir xalq. Tanrının seçilmiş xalqı bütün insanlıqdır. BMT hər şeydən əvvəl Qəzzadakı soyqırımı dayandırmalıdır. Fələstində günahsız körpələrin bədənlərini parçalaya-parçalaya düşən raketlər dayanmadan yerə tökülərkən, biz danışmaqdan və israr etməkdən imtina etməyəcəyik", - Petro əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər