"ABŞ prezidenti Donald Trampın administrasiyası İsrailin Suriyaya davamlı olaraq vaxtaşırı hərbi zərbələr endirməsindən narahatdır, çünki bu cür hərəkətlər ABŞ-nin bu ölkədə vəziyyəti sabitləşdirmək və yəhudi dövləti ilə münasibətlərini normallaşdırmaq üçün bütün səylərini poza bilər".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağ Ev rəsmilərinə istinadən "Axios" məlumat yayıb .
"Biz İsrailin Baş naziri Benyamin Netanyahunu buna son qoymalı olduğuna inandırmağa çalışırıq. Çünki belə davam edərsə, o, böyük diplomatik fürsəti əldən verəcək və Suriyanın yeni hökumətini düşməninə çevirəcək", - portalın mənbələrindən biri qeyd edib.
Amerika tərəfi ümid edir ki, İsrail və Suriya təhlükəsizlik razılaşması əldə edə biləcəklər. Lakin noyabrın 28-də İsrailin hərbi zərbələri artıq təhlükəsizlik sazişi üzərində işlərə qismən zərbə vurub.