Operativ Məlumat Mərkəzi

Belçika AŞ baş katibi vəzifəsinə Aİ komissarının namizədliyini irəli sürüb

1 dəq
Paylaş:
Belçika AŞ baş katibi vəzifəsinə Aİ komissarının namizədliyini irəli sürüb
bu barədə Belçikanın “Le Soir” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb. “Belçika hökuməti çərşənbə günü qərargahı Strasburqda yerləşən bu...

Belçika Avropa İttifaqının ədliyyə və qanunun aliliyi üzrə komissarı Didye Reyndersi Avropa Şurasının (AŞ) baş katibi vəzifəsinə namizəd kimi irəli sürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Belçikanın “Le Soir” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

“Belçika hökuməti çərşənbə günü qərargahı Strasburqda yerləşən bu Avropa təşkilatının baş katibi vəzifəsinə Didye Reyndersin namizədliyini rəsmən irəli sürüb”, – nəşr yazıb.

Bu, avrokomissarın AŞ baş katibi vəzifəsini əldə etmək üçün ikinci cəhdi olacaq.

Xatırladaq ki, AŞ baş katibi seçkiləri iyun ayında keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər