Əsas məzmuna keç

Baş prokuror Abşeronda vətəndaş qəbulu keçirəcək

Baş prokuror Abşeronda vətəndaş qəbulu keçirəcək

Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 2-si saat 10:00-da...

Kamran Əliyev İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 2-si saat 10:00-da Rayon Prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokrorluqdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatını rayon prokurorluqları həyata keçirəcək.

Bilidirilib ki, vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt , həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…