Əsas məzmuna keç

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Paytaxt ərazisində avtomobillərin şüşələrini sındıraraq vasitələrinin salonlarından telefon, noutbuk, pul kisələləri və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İlqar tutulub.

zamanı onun Nərimanov rayonu ilə yanaşı, paytaxtın Yasamal və Nəsimi rayonlarında da 10-a yaxın avtomobilin şüşəsini sındırdığı müəyyən edilib.

"Bu şəxsin törətdiyi qanunsuz əməllərin bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib. İlqar Məmmədov barəsində 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…