Əsas məzmuna keç

Bakıda 53 evin qaz sayğaclarını oğurlayan şəxslər saxlanılıb

Bakıda 53 evin qaz sayğaclarını oğurlayan şəxslər saxlanılıb

Bakı şəhərinin Xəzər və digər rayonlarında silsilə oğurluq hadisəsi qeydə alınıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin...

Bakı şəhərinin və digər rayonlarında silsilə oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxt sakinləri olan 53 nəfər zərərçəkən mənzillərindən qaz sayğaclarının talanması barədə polisə müraciət ediblər.

Xəzər Rayon İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Abbas və Bayram Hüseynov saxlanılıblar. Araşdırmalarla məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda adətən gecə saatlarında çıxarışı olan evlərdən qaz sayğaclarını oğurlayaraq çıxarışı olmayan mənzillərin sahiblərinə satıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb.

A.Əliyev və B.Hüseynovun digər analoji cinayətlərdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…