Əsas məzmuna keç

Bakıda 38, rayonlarda 40 dərəcə isti olacaq - PROQNOZ

Bakıda 38, rayonlarda 40 dərəcə isti olacaq - PROQNOZ

İyulun 16-da Azərbaycanda bəzi yerlərdə havanın 40 dərəcəyədək isti olacağı gözlənilir. Bu barədə  "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli...

İyulun 16-da Azərbaycanda bəzi yerlərdə havanın 40 isti olacağı gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildiirlib ki, sabah Bakıda və yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…