Əsas məzmuna keç

Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb

Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) və Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə keçirdiyi nəticəsində 2 tona yaxın yararsız ət məhsulu olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat zamanı Bakının Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb.

Nəticədə həmin məntəqənin sahibi olan Elnur , eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar. Sexə baxış zamanı 2 tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub.

Araşdırmalarla müəyyən edilib ki, E.Ağayev və digərləri xəstə, həmçinin artıq təsərrüfatda istifadəsi mümkün olmayan iribuynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…