Əsas məzmuna keç

Bakı-Quba-Rusiya yolunda qəza olub, xəsarət alanlar var

Bakı-Quba-Rusiya yolunda qəza olub, xəsarət alanlar var

Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər avtomobildə köməksiz vəziyyətdə qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHNA) məlumat yayıb. Hadisə yerinə FHN-in Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Qəzada “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb. Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə xəsarət alaraq köməksiz vəziyyətdə qalan avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü İlham Yaqub oğlu və sərnişini 1983-cü il təvəllüdlü Bəhruz Mikayıl oğlunu dərinliyi təxminən 12 metr olan dərədən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…