Əsas məzmuna keç

Azərbaycanlı şagird Stanford Universitetinə birbaşa qəbul olunub - FOTO

Azərbaycanlı şagird Stanford Universitetinə birbaşa qəbul olunub - FOTO

Azərbaycanın istedadlı gənclərindən biri, “Sabahın Alimləri” XIII Respublika müsabiqəsinin qızıl medal mükafatçısı və 2024-cü ildə ABŞ-da keçirilən və...

Sabahın Alimləri XIII Respublika müsabiqəsinin qalibi İbrahim dünyanın ən aparıcı universitetlərindən biri olunan Universitetində təhsilini davam etdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycanın istedadlı gənclərindən biri, “Sabahın Alimləri” XIII Respublika müsabiqəsinin qızıl mükafatçısı və 2024-cü ildə ABŞ-da keçirilən və dünyanın ən əhəmiyyətli elm yarışması hesab edilən Elm və Mühəndislik Sərgisində (ISEF) bürünc medal qazanmış İbrahim Allahverdiyev dünyanın nüfuzlu universitetlərindən bir neçəsinə qəbul olunub.

Şagirdimiz təhsilini dünyanın nüfuzlu universitetlərindən biri hesab edilən Stanford Universitetində davam etdirəcək.

Qeyd edək ki, İbrahim Allahverdiyev Dünya Məktəbinin 10-cu sinif şagirdi olarkən, həmkarı Səid Aslanov ilə birlikdə “Alzheimer xəstəliyinə qarşı potensial dərman təsirinə malik ferment inhibitorunun yaradılması” layihəsi ilə müsabiqədə iştirak edərək qızıl medal qazanıb.

“Sabahın Alimləri” kimi müsabiqələrdə iştirak və uğur qazanmaq gənclərin inkişafı üçün üstünlüklər yaradır, eyni zamanda onların yalnız ölkəmizdə deyil, bütün dünyada elm sahəsində tanınmasına və gələcək uğurlarına böyük təkan verir.

İbrahim Allahverdiyevi qazandığı uğurlara görə təbrik edir, gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…