Əsas məzmuna keç

Deputat Fazil Mustafaya sui-qəsd olub - YENİLƏNİB 4

Deputat Fazil Mustafaya sui-qəsd olub - YENİLƏNİB 4

Deputat Fazil Mustafanın güllələnməsindən sonra vəziyyəti stabil qiymətləndirilir. TƏBİB-dən rəsmi açıqlama.

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Mustafanın vəziyyəti olaraq qiymətləndirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-ə TƏBİB-dən bildirilib.

"TƏBİB-in tabeliyindəki Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur", - məlumatda deyilir.

22:30***

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alıb.

“Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilir.

Qeyd olunub ki, deputatın həyati təhlükəsi yoxdur, vəziyyəti qənaətbəxşdir.

22:23***

Millət Vəkili Fazil Musatafaya sui-qəsd olub.

Daxili İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi - OMM"ə bildirilib ki, yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Araşdırmalar davam etdirilir.

DİN-dən verilən məlumata görə hadisə Sabunçu rayonunda baş verib. Hazırda axtarış qrupu hadisə yerindədir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarışdadır.

22:19***

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub.

"Operativ Məlumat Mərkəzi - OMM" "Müsavat.com"a istinadən xəbər verir ki, deputat evinin yaxınlığında marketdən çıxan zaman naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Verilən məlumata görə, evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, iki güllə yarası alıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…