Əsas məzmuna keç

Azərbaycanın Livandakı səfirliyinə ermənilərin hücumu olub

Azərbaycanın Livandakı səfirliyinə ermənilərin hücumu olub

Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr...

Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı şüşələri səfirliyin inzibati binasına atıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hücum nəticəsində səfirliyin xəsarət almayıb.

Nazirlikdən bildirilib ki, hadisə barədə nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar:

"Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.

Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…